Akademik Milli Dram Teatrı bu mövsüm də ənənəsinə sadiq qalacaq

55 Baxış

qarabagname25

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü Xalq Yazıçısı, dramaturq İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə açacaq.

Teatr hər il mövsümü bu tamaşa ilə açır. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Elxan Quliyev, Əjdər Həmidov, aktyorlar Əminə Babayeva, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan sadəlövh İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10