Akademik Milli Dram Teatrı mövsümə premyera ilə yekun vuracaq

14 Baxış

teatr1

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vuracaq.

Senet.az xəbər verir ki, xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də nümayiş olunacaq.

Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən gənclərin iştirakı ilə hazırlanan tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) ifa edirlər.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10