Akademik Milli Dram Teatrında tamaşalar təxirə salınıb

11 Baxış

akademik

Akademik Milli Dram Teatrında gündəlik məşqlər və Elçin Əfəndiyevin “Şekspir” pyesi əsasında hazırlanmış tamaşa təxirə salınıb. Teatrın rəhbərliyindən verilən məlumata görə onlar bu addımı mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq atıblar.

Qeyd edək ki, Mayın 19-da Bakının Binəqədi rayonunun “Azadlıq” prospektindəki 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10