Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı” əsəri Gürcüstanda nəşr olunub.
Senet.az xəbər verir ki, Tbilisinin nüfuzlu “Universal” nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabı gürcü dilinə Nəriman Əliyev tərcümə edib. Nəşrin tərtib edəni Dəyanət Osmanlı, redaktorları isə Mirzə Məmmədoğlu və Nariman Yaşağaşvilidir (Naro Kolxeli).
Təqdimat mərasiminin iyul ayında Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulur. Kitab Gürcüstanın elmi dairələrinə, kitabxanalara, habelə soydaşlarımızın yaşadığı Borçalı bölgəsindəki orta məktəblərə paylanılacaq.