Aktyorlar mükafatlandırıldı

20 Baxış

10914999_1039423336073406_3221903643034859531_oAzərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində  Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib. Bu barədə senet.az dərgisinə Teatrın Mətbuat xidmətindən məlumat veriblər.

 

MİHİRK-nin sədri Cəmilə Səttarovanın rəhbərliyi ilə baş tutan görüşdə Əməkdar Artistlər Almaz Mustafayeva, Atabala Səfərov, aktyor Məhərrəm Musayev və teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədov iştirak ediblər.

Görüşdə teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr edilib.

Tədbirin sonunda tanınmış aktyorlar milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə Fəxri fərmanlarla mükafatlandırılıblar.

Senet.az 

 

Bölmə : Sənət xəbər, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10