Al Jazeera Xocalıya həsr edilmiş sənədli film nümayiş etdirib- Video

9 Baxış

əl cəzirə

Dünyanın ən nüfuzlu telekanallarından olan Al Jazeera-nın türk dilindəki yayım versiyası Xocalı soyqırımına həsr olunmuş “Hocalı-Kaybolan Saadet” (“Xocalı: itirilmiş səadət”) adlı sənədli film nümayiş etdirib.

Al Jazeera-nin təqdim etdiyi “Hocalı-Kaybolan Saadet” sənədli filmi qətliamdan qurtulan, lakin bir çox yaxınını itirən azərbaycanlıların yaşadıklarını, hələ də içlərində daşıdıqları acını və bügünkü sürgün həyatlarından bəhs edir. Filmdə 24 il öncə fevralın 26-da Xocalıda bir qətliam yaşandığı barədə məlumat verilir. Aralarında yaşlı insanlar, qadınlar və uşaqların da olduğu 613 azərbaycanlının ermənilər tərəfindən öldürüldüyü bildirilir.

Senet.az həmin sənədli filmi təqdim edir.