“Aldanma!” adlı ədəbiyyat gecəsi

5 Baxış

14905976036083463270_1000x669

Aprelin 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş “Aldanma!” adlı ədəbiyyat gecəsinə təşkil olunacaq.

“YARAT”dan Senet.az-a bildirilib ki, tədbirdə Əməkdar Artist Eyyub Yaqubovun iştirakı ilə xüsusi proqram təqdim ediləcək. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının videoklipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı, qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Gecədə hər kəs iştirak edə bilər.

KÖŞƏ YAZARLARI
TOP 10