Ali Baş Komandanım! – Məhəmməd Rzayev

48 Baxış

Снимок

Senet.az oxucularına Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şair Məhəmməd Rzayevin “Ali Baş Komandanım” şeirini təqdim edir.

 

Bir Qartal baxışını mən görürəm gözündə!

Yumruq tək birləşdirdin sən bu xalqı özündə!

Qılınc itiliyi var, hər kəlməndə, sözündə!

Yaxşı dərsini verdin bineybət Paşinyanın,

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Qələm alıb əlinə yeni tarix yazırsan,

Otuz illik həsrətə bu gün Sən, son qoyursan!

Xocalı qisasını düşmənlərdən alırsan!

Rəğbətini qazandın neçə milyon insanın,

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Neçə ildir Qarabağ erməni tapdağında,

Müzəffər ordun durdu onların qabağında!

Yandırdın qeyrətinlə Şuşanın çırağın da!

Başına yumruq vurdun sən o sərsəm dığanın,

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Neçə yol çağırsan da, o gəlmirdi görüşə…

Ziyanxor donuz kimi təpildi yad örüşə…

Çeynədi, boğazında qaldı Qarabağ tikə.

Bir Türk əri qeyrətdə Sən aldın onun canın!

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Allahdan arzum budur hər an ucalsın başın!

Sevdin sən vətəninin hər qarıcın, hər daşın.

Sənin haqq savaşında arxanda türk qardaşın!

Başını uca tutdun, yenilməzdi bayrağım!

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Sildin milyon insanın gözünün qəhərini,

Yatmış müsəlmanlara verdin qeyrət dərsini!

Sübut üçün sən göstər ulu Xudafərini

İşğaldan azad oldu Qubadlım, Zəngilanım

Mənim dünya şöhrətli Ali Baş Komandanım!

 

Artıq sonun gəlibdir eşit məni erməni,

Orduma gücün çatmır, sən vurursan Gəncəni,

Öldürürsən südəmər dil açmamış körpəni…

Dərsini gözəl verdi, əsgərlərim, İlhamım!

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Şuşada yallı tutdun, bəs nədən indi qaçdın?

Dünyada kim qalmadı ağlayıb, ağız açdın…

Sənin 41-45-də baban da olub satqın!

Satqınlıq qanındadır, daha dəyişməz qanın.,

Sən iti qovdu yurddan, Ali Baş Komandanım!

 

Sənə şad xəbərim var, eşit məni Paşinyan,

Yeni silah çıxardıq, adın qoyduq “it qovan”!

Bunu yadında saxla ordu olmaz qadından…

O sənin “kişiliyin” bu da mənim İlhamım!!!

Mənim dünya şöhrətli, Ali Baş Komandanım!

 

Qarabağ geri döndü, daim bizim olacaq!

Soluxmuş xarı bülbül, Şuşada gül açacaq!

Bülbüllər şövqə gəlib şən nəğmə oxuyacaq!

Qələbə, Zəfər çaldı, ər qeyrətli İlhamım!!

Ulu öndərim oğlu, Ali Baş Komandanım!