Senet.az oxucularına, Bakı Dövlət Universitetinin doktorantı, gənc şair Ülvi Aydının şeirlərini təqdim edir.
Yürütdü siyasətini
Doğru olan niyyətini
Qorudu öz millətini
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Tarixə yazdı adını
Dünya gördü savadını
Daddırdı zəfər dadını
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Verdi hər kəsin cavabın
Düşmən çəksin qoy əzabın
Yazıbdır haqqın kitabın
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Gərəkdir söyləmək bunu
Millətini, öz yurdunu
Ruhlandırırdı ordunu
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Şəhid qisasını aldı
Ordusuyla zəfər çaldı
Siyasətiylə ucaldı
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
İşi haqdır, sabaha nur
Xalqına bəxş edir uğur
Əsgəriylə duyur qürur
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Verməyib əldən fürsətin
Atasının vəsiyyətin
Yerinə yetirdi o mətin
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Fakta istinad elədi
Torpağı azad elədi
Qəlbləri abad elədi
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Həm liderdi, həm diplomat
Artdı nüfuzu qatbaqat
Çoxlarını qoyubdur mat
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Gəlməsin gözə, nəzərə
Əcnəbi jurnalistlərə
Dərs keçibdir neçə kərə
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Əməlləri bir sübutdu
O, verdiyi sözü tutdu
Axan göz yaşın qurutdu
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Xalqı ona hər an dəstək
Sevindirdi milyon ürək
Arzuları etdi gerçək
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Azad edib Qarabağı
Ucaldıb şanlı bayrağı
Bizə bəxş etdi növrağı
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Yağıları saldı oda
Cahana düşdü bu səda
Sözün deyib, qoydu nida
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.
Bütün dünyaya bəyandır
Qarabağ Azərbaycandır!
Sərkərdədir, qəhrəmandır
Ali baş komandanımız
Yaşasın Azərbaycanımız.