Ali Neft Məktəbi teatrının qonağı olub

18 Baxış

teatrBakı Ali Neft məktəbinin kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq U. Şekspirin «III Riçard» əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı seyr etmişdir.

Tamaşada sözügedən qabaqcıl ali təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

Müəllim və tələbə heyəti aktyorların oyununu gurultulu alqışlarla müşaiyət etmiş, təqdim edilən tamaşadan xeyli məmnun olmuşlar.

«III Riçard» tamaşasında əsas rolları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artistlər Şövqi Hüseynov, Rahib Əliyev, Nofəl Vəliyev, Vahid Əliyev, aktyorlar Elşən Çarhanlı, Mehriban Abdullayeva, Təhminə Məmmədova, Güşvər Şərifova, Roza İbadova, Elnur Kərimov, Ələsgər Qurbanəliyev və başqaları ifa etmişdir.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərliyi arasında aparılan danışıqlara əsasən tələbələrin ayda bir dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşa nümayişində iştirak etmələri barədə razılığa gəlinmişdir.

Məlumat üçün bildiririk ki, «III Riçard» tamaşasının növbəti nümayişi 22 fevral saat 19.00-da baş tutacaqdır.

 

 

 

Bölmə : Sənət xəbər, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10