“ALISA” proqramı – Binəqədi Rayon Mərkəzi Kitabxanasında

8 Baxış

11Binəqədi Rayon Mərkəzi Kitabxanasında “Komplektləşdirmə və kitabişləmə şöbəsində “ALISA” proqramının tətbiqi” mövzusunda seminar keçirilib.

Senet.az AZƏRTAC-a istinadən xəbər verir ki, seminarda “ALISA” proqramında işləmə qaydaları, portala giriş, şöbənin iş funksiyasının təşkili, yeni ədəbiyyatın proqramda işlənmə qaydaları, sənədləşdirmə, müvafiq işlərin filiallarda tətbiqi, kitabişləmə və kataloqlaşdırma haqqında məlumat verilib. Bildirilib ki, bu proqram Azərbaycan kitabxanalarını vahid məkanda birləşdirən elektron kitabxana sistemidir. Seminarda, həmçinin proqramın mənimsənilməsi üzrə dialoq aparılıb və suallar cavablandırılıb.

“ALISA” elektron kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxana və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio və s.) və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanının təmin edilməsi, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ münasibətlərin qurulması məqsədlərini özündə birləşdirir.