“ALJİR” Hədəf Liseyində müzakirə olundu

73 Baxış

 89203185_209191273613407_8515416308118978560_n

Yazıçı Ülviyyə Tahirin “ALJİR” tarixi romanı Hədəf STEAM Liseyində müzakirə olunub. 

“Kitabsevərlər” qrupunun təşkilatçı olduğu tədbirin moderatorluğunu Hədəf Nəşrlərinin direktoru Səbuhi Şahmursoy edib. Müzakirədə oxucularla yanaşı, sözügedən romanın naşiri Nurman Tariq, yazıçı Zahid Sarıtorpaq, şair, jurnalist Ruzbeh Məmməd, yazıçı Seyran İsmayıl və başqaları iştirak edib.

Əvvəlcə liseydə yerləşən İnteraktiv Elm Muzeyinə baş çəkib, elmi eksponatlarla tanış olan qonaqlar, sonra kitabın müzakirəsinə başlayıblar. Ümumilikdə uğurlu keçən tədbirdə “ALJİR” romanının həsr edildiyi tarixi dövr – 1937-38-ci illər repressiyası, onun səbəb olduğu faciələr, sonrakı fəsadları müzakirənin əsas xəttini təşkil edib.

Sonda müəllif Ülviyyə Tahir oxucuların kitablarını imzalayıb.