Almas İldırımın xatirə tədbiri keçiriləcək

8 Baxış

88244_46ld2ovqjx

Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində şair Almas İldırımın 110 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. 

Senet.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
 
Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. 

Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.
 
Qeyd edək ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri olan Almas İldırım özünəməхsus, poetik tərzi ilə hər zaman diqqəti çəkib. 6 il sürgün və qaçaq həyatı yaşayan A.İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb, yaradıb. 

Şairin bir çox şeirləri, o cümlədən, vətən həsrəti, yurd sevgisindən bəhs edən “Əsir Azərbaycanım” şeiri dillər əzbərinə çevrilib. 

KÖŞƏ YAZARLARI
TOP 10