“Alp Ər Tunga” dastanı

269 Baxış

10984672_804148382992497_418617626_n“İslama qədərki Türk dastanları” silsiləsindən

 Dünya tarixinin ən qədim xalqları dövrünün müxtəlif prosesslərindən və həmçinin tarixi ictimai münasibətlərindən irəli gələrək zamanla özünəməxsus xatirələr buraxmışlar. Dünyanın ilk sakinləri olan TÜRKLƏR müxtəlif dövlərə aid gözəl dastanlarını bu günki tariximizə miras qoymuşlar. Həmin miraslardan ən dəyərlilərindən biridə “Alp Ər Tunga” Dastanıdır.

Saklar dövrünə aid “Alp Ər Tunga” Dastanı və həmçininin iki dastan təsbit edilmişdir. Alp Ər Tunga e.ə. VII əsrdə yaşamış qəhrəman və çox sevilən bir Sak hökmdarıdır. Alp Ər Tunga Orta Asiyadakı bütün Türk boylarını birləşdirərək hakimiyyəti altına almış daha sonra Qafqazları aşaraq Anadolu, Suriya və Misiri fəth etmiş və Sak dövlətini qurmuşdur. Alp Ər Tunganın həyatı döyüşlərlə keçmişdir. Uzun müddət mübarizə apardığı iranlı Medler(Midiya) hökmdarı Keyxosrovun dəvətində hiylə ilə öldürülmüşdür. Alp Ər Tunga ilə iranlı Med hökmdarları arasındakı bu mübarizələrin xatirələri uzun əsrlər həm Türklər həm iranlılar arasında yaşadılmışdır. Alp Ər Tunga Aşşur qaynaqlarında Maduva, Heredotda Madyes, İran və İslam qaynaqlarında Əfrasyab adlarıyla xatırlanmaqdadır

Orxun kitabələrində “Doqquz Oğuzlar” arasında “Ər Tunga” adına edilən “yuğ” mərasimindən söz edilməkdədir. Turfan şəhərinin qərbində olan “Bezegelik” məbədinin divarında da Alp Ər Tunganın qanlı rəsmi var. “Divanü Lüğat-ət Türk”ün müəllifi Qaşğarlı Mahmuda və “Kutadgu Bilig” yazarı Yusif Has Hacibə görə “Alp Ər Tunga” iran dastanı “Şahnamə”dəki böyük və əfsanəvi Turan hökmdarı “Əfrasiyab”dır. “Divanü Lüğat-ət Türk”də Turan hökmdarlığının mərkəzi olaraq “Qaşqar” şəhəri göstərilməkdədir. İslamiyətin qəbul etmiş olan Qaraxanlı dövləti hökmdarları da özlərinin Əfrasiyyab sülaləsindən gəldiklərinə inanmışlar və bunu ifadə etmişlər. Monqol tarixçisi Cüveyni də Uyğur dövlətinin hökmdarlarının da Əfrasiyyab soyundan olduğunu yazmaqdadır. “Şəcərə-i Terakimə”yə görə Səlcuqlu sultanları özlərini Əfrasiyyab soyundan qəbul edərdilər. Sovet Sosialist Respublikalar İttifaqının dağılmasından sonra ünsiyyət qurmaq imkanı tapdığımız və Rusların Yaqut adını verdiyi Türk qrup əslində özlərinə Saka dediklərini söyləmişlər. Tarix içində itdiyini düşündüyümüz Saka Türklərinin az da olsa bir hissəsinin bu gün həyatlarını davam etdirmələri bir çox məsələnin yenidən araşdırılaraq doğruların ortaya çıxmasına köməkçi olabiləcəkdir.Tarixçi Məsud də VII əsrin başındakı Köktürk Xakanının Əfrasiyyab soyundan olduğunu yazmaqdadır. Bütün bu məlumatlardan hərəkətlə “Tunga Alp” lə əlaqədar əfsanələrin GöyTürklərdən əvvəl şərq və orta Tiyanşan sahəsində yaşayan Türklər arasında meydana gəldiyini və bu dastanın daha sonraları Göy Türk və Uyğurlar arasında yaşayaraq davam etdiyini göstərməktədir. Alp Ər Tunga dastanının mətni bu günə çata bilməmişdir. Bir qisimindən yuxarıda bəhs etdiyimiz mənbələrdə bu qiymətli Sak hökmdarı və qəhrəmanı haqqında məlumatlar və bir də “Sağu” (ağı) təsbit edilmişdir:

11005626_804148642992471_1534582838_nAlp Ər Tunga Öldü mü

Dünya sahibsiz qaldı mı

Qorxaq qisasını aldı mı

indi ürək cırılar

 

Fələk fayda güddülər

Gizli tələ uzatdı

Beğlerbeyini aldı

Qaçsa necə xilas

 

Ərlər qurd kimi uludular

Hıçkırıp yaxa cırdılar

Acı səslərlə qışqırdılar

Ağlamaqdan gözləri bağlandı

 

Bəglər atlarını yordular

Qayğı onları dayandırdı

Bənizləri üzləri saraldı

Zəfəran sürülmüş kimi oldular

Kutadgu Biligdə “Alp Ər Tunga” haqqında bu məlumat verilir: “Əgər diqqət etsən görərsən ki dünya bəyləri arasında ən yaxşıları Türk bəyləridir. Bu Türk bəyləri arasında adı məşhur gələcəyi açıq olanı Tonga Alp Ər idi. O yüksək məlumata və çox fəzilətlərə sahib idi. Nə seçilən, nə yüksək, nə igid adam idi; onsuz da aləmdə fərasətli insan bu dünyaya hakim olar. İranlılar ona Əfrasiyyab deyərlər; bu Əfrasiyyab akınlar hazırlayıb ölkələr zəbt etmişdir. dünyaya hakim olmaq və onu idarə etmək üçün bir çox fəzilət, ağıl və məlumat lazımdır. iranlılar bunu kitaba yazmışlardı.Kitabta olmasa onu kim tanırdı.” Bugünkü məlumatlarımıza görə Alp Ər Tunga ilə əlaqədar ən geniş məlumat iran dastanı Şahnamənin təsbit edilmişdir. Şahnamənin başlıca mövzularından biri iran -Turan döyüşləridir. Bu dastana görə ən böyük Turan qəhrəmanı əvvəl şahzadə sonra hökmdar olan Əfrasiyyabdır. Buradakı Alp Ər Tunga ilə əlaqədar məlumatlar belə yekunlaşdırıla bilər: “Turan şahzadəsi Əfrasiyyab atasının istəyi üzərinə irana müharibə elan elədi. İki ordu Dihistanda qarşılaşdılar.Boyu sərvi, sinəsi və qolları arslan kimi və fil qədər qüvvətli olan Əfrasiyyab iranlıları məğlub etdi. İran padşahı  Əfrasiyyab əsir düşdü. İranın ilk intiqamını o zaman İrana bağlı olan Kabil Padşahı Zal aldı. Zal müvəffəqiyyətli olmasına baxmayaraq İran şahının öldürülməsini maneə törədə bilmədi. Əfrasiyyab İranı ələ keçirmək üçün yeni bir döyüş başladdı. İranın yetişdirdiyi ən böyük qəhrəmanlardan Zal oğlu Rüstəm Əfrasiyyabın üzərinə getdi .. Əfrasiyyab ilə Zal oğlu Rüstəm arasında bitməz tükənməz döyüşlər baş verdi. İran taxtında olan Keykavus, həm oğlu Siyavuşu həm də Zal oğlu Rüstəm darılttı. Siyavuş Əfrasiyyaba sığındı. Siyavuşun Turanda olduğu sırada evləndiyi Türk bəyi Piranın qızından bir oğlu oldu. Siyavuş oğluna atası Keyhusrevin adını verdi. Əfrasiyyabın uzun illər Turanda hökmdarlıq etdi. İranlıların Siyavuşun oğlu Keyhusrevi qaçıraraq iran taxtına oturtdular. Keyxosrov Zaloğlu Rüstemlə əməkdaşlıq etdi və Turan ordularını məğlub etdi. Keyxosrov ilə Əfrasiyyab dəfələrlə döyüş apardılar. Sonunda ordusuz qalan Əfrasiyyab Keyhusrevin adamları tərəfindən öldürüldü. Şahnamənin Əfrasiyyab adıyla xatırlanan Turan hökmdarı Alp Ər Tunganın iran hökmdarlarına tez-tez məğlub olmasını izah edilməkdədir. Ancaq iran Turan döyüşlərində iran hökmdarları davamlı dəyişmiş ı4o il yaşadığı rəvayət edilən Alp Ər Tunga isə mübarizəyə davam etmişdir.

 

Məzahim Musatafazadə

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10