Amasyada Osmanlı şahzadələri ilə görüşmək imkanı -FOTO

29 Baxış

şahzadələr muzeyi7.pngAmasya Osmanlı şahzadələrinin bir çoxunun ilk təhsil aldığı və dövlət idarəçiliyini öyrəndiyi yer olduğuna görə “Şahzadələr şəhəri” kimi tanınır. Elə bu şəhərdə həmin şahzadələri yaxından görmək imkanı da var. Buradakı “Şahzadələr muzeyi”ndə sərgilənən balmum heykəllər padşah və şahzadələrin həyat hekayələri ilə dövrün saray həyatına işıq tutur.

 

Bu muzey 1800-cü illərdə inşa edilən və 1986-cı ildə mal sahibi tərəfindən sökdürülən Yalıboylu evşahzadələr muzeyi2ləri kimi tanınan 67 evdən biridir. 2007-ci ildə bina Amasya Valiliyi tərəfindən əslinə uyğun şəkildə Osmanlı memarlığı üslubunda restavrasiya edilib və “Şahzadələr muzeyi” kimi 2008-ci ildən fəaliyyətə başlayıb. İki mərtəbəli taxta tikilidən ibarət muzeyin yenidən inşası 1 milyon 200 min lirəyə başa gəlib. Muzey Alçaq körpünün sol tərəfində, Hatuniyyə məhəlləsinin girişində, Yaşılirmaq çayı sahilində qurulub.

Aşağı mərtəbədə Amasyada valilik edən ancaq sultan ola bilməyən şahzadələrin balmum heykəlləri, üst qatda isə Amasyada valilik edib, sonra Osmanlı dövlətində sultan olan (şahzadələr) padşahların balmmum heykəlləri nümayiş etdirilir. Odur ki, aşağı mərtəbədə Mehmet Çələbi, Əlaəddin Çələbi, Əhməd Çələbi, Bəyazid Çələbi və Mustafa Çələbinin, yuxarı mərtəbədə isə İldırım Bəyazid, Çələbi Sultan Mehmet, II Murad, Faith Sultan Mehmet, II Bəyazid xan, II Murad və Sultan Səlimin balmumu heykəllərini görmək mümkündür.

Muzeydə həmçinin həmin sultanların yaşadıqları təqribən 150 illik bir zaman ərzində sənət nümunələrinə də yer verilmişdir. Muzeydə gips üzərində qələm işi olan naxışlar, divarları bəzəyən çini panolar, tavan rəsmləri, miniatür və ebrular XIV, XV və XVI əsrlərin sənətkarlığı haqqında məlumat verir. Muzeydəki xalçaların hamısı əl toxunuşu olub, kök boyası istifadə edilməklə hazırlanıb.

Hazırda muzey yerli və xarici turistlərin diqqətini çəkən məkanlardandır.