AMEA-da musiqili lektoriyalar keçiriləcək

7 Baxış

5850f26d95ca9

AMEA-da bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi məbədindən elm məbədinə” adlı birgə layihəsi çərçivəsində musiqili lektoriyalar təşkil olunacaq. Məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir.

“Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriya dekabrın 20-də saat 14:30-da AMEA-nın Alimlər Evində keçiriləcək. Mühazirəçi Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovadır.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10