Amerika kinosunun ən pisləri üçün namizədlər bəlli olur

34 Baxış

qızıl moruq mükafatı“Oskar” mükafatlarının tam əksi olaraq “ən pis”lərə verilən “Qızıl moruq” mükafatının sahiblərinin açıqlanmasına az qalıb. Ötən ilin ən səs-küylü kinolarından olan “Bozun 50 çaları” ilin ən pisləri siyahısındadır. Ümumilikdə isə Amerika kinosunu ən pislərinə verilən “Razzie” mükafatına bu il dörd film damğasını vurub. “Bozun əlli çaları”ndan başqa nominasiyaların sayına görə  “ən pis”lərə “Piksellər”, “Yupiterin yüksəlişi”, “Gonbul hər kəsə qarşı” filmləri liderlik edirlər. Ən pis film, ən pis rejissor, ən pis ssenari, ən pis aktyor və aktrisa kimi nominasiyalarda bu filmlər əsas namizədlər kimi göstərilir. Onları isə 5 nominasiyada namizəd göstərilən “Fantasti dördlük” filmi izləyir.

“Qızıl moruq” mükafatına sahib olacaq bu ilki namizədlər arasında aktyor və aktrisalar arasında Ceymi Doran, Kevin Ceyms, Çenniq Tatum və Adam Sendlerin adları var. Mükafat sahiblərinin son siyahısı 27 fevral tarixində məlum olacaq.