Ana, icazə ver, dünyaya gəlim!

49 Baxış

download

Aynur İsrafilova

İstəyirəmki, dünyada bir gün də abortdan  yan keçib dünyaya gələn uşaqların bayramı olsun! Həmin gün“Ümumdünya- abortason” günü olsun! Lap elə bu gün!

 
Allaha yalvarım, yoxsa anama,
Çəksin vücudumdan həkim əllərin!
Səni buraxıram özvicdanına
Ana, icazə ver, dünyaya gəlim!

Heçnə istəmərəm,mən səndən heçnə,
Nə təzə əlbisə, nədə oyuncaq.
Bacı-qardaşımın köhnələrinə
Məni bələyərsən, doğulum ancaq!

 

Qanını içirəm, qanım yoluna!
Canından verirsən, canım yoluna!
Səni and verirəm ucalığına
Ana, icazə ver, dünyaya gəlim!

“Oğulum, qızım var”- deyib sevinmə,
Bəlkə, mən ağlayan göz oldum sənə.
Bəlkə də sən mənim çiyinlərimdə
Köçüb-gedəcəksən qəbirevinə.

Allaha yox, sənə uzanıb əlim,
Qaranlıq bətnində bir müddət varam.
İzn ver, ay ana, dünyaya gəlim,
İstəsən, lap sənə ana olaram!

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10