Analitik jurnalistika: parametrləri və xüsusiyyətləri

20 Baxış

mübariz əhmədov seminarHədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə “Analitik jurnalistika: parametrləri və xüsusiyyətləri” mövzusunda növbəti növbəti seminar- treninq keçirilib. Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov gənc jurnalistlərə müasir jurnalistikada istifadə edilən müxtəlif analitik janrlar haqqında məlumat verib. Analitik jurnalistikada əsas diqqət yetirilməli olan məqamlar, mövzunun aktuallığı və geniş aspektli olmasıdır. Ancaq hadisəni açmaq, əldə olan faktları ətraflı şəkildə önə çıxararaq vurğulamaq da analitikanın əsas şərtlərdən hesab olunur. Mübariz Əhmədov yazılan analitik yazılardan nümunələr gətirərək, mövzunu gənc jurnalistlərlə müzakirə edib, yaxşı analitik yazılar yazmaq üçün vacib olan şərtlər haqqında məlumat verib.

Qeyd edək ki, 3 ay davam etməsi planlaşdırılan seminar-treninqlərə may ayında yekun vurulacaq. Təlimlərdə fərqlənən jurnalistlərin isə xüsusi mükafatlandırılması nəzərdə tutulur.