Anam-bacım – Cəlil Məmmədquluzadə

14 Baxış

images

O qәdәr azadlıq ki, biz müsәlmanların arvad almaq vә arvad boşamağında var, – heç bir özgә millәtdә yoxdur; mәsәlәn, bir övrәt ki, bu gün mәn onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istәr saxlaram, kefim istәr boşaram.

Dәxi bu aşkar bir işdir.

Elә belә dә gәrәk olsun vә azadlıq da mәhz buna deyiblәr. Kefim istәyir saxlayıram, kefim istәmir boşayıram vә heç bir kәsin haqqı yoxdur mәnә desin: “Niyә arvadını boşamırsan?”, yainki “niyә arvadını boşayırsan?”.

Vә azadlıq da elә budur. Kefim istәyir saxlayıram, istәmir boşayıram.

Amma nә cürsә, bizim içimizdә az ittifaq düşür ki, bir kişi övrәtini boşamaq istәyәndә mәrd-mәrdanә desin ki, “mәn sәni boşayıram”. Çox vaxt görürsәn ki, bir bәhanә ortalığa gәlir vә axırda kişi övrәti o qәdәr incidir ki, övrәt tәngә gәlib, özü durub çarşovunu salır başına, gedir atası evinә. Әri dә “ükr Allaha” – deyib, gedir molla yanına vә övrәti boşayır.

Bu da bәzi yerdә cürbәcür olur. Mәsәlәn, Gәncәdә bir kişi övrәtindәn doyanda belә bәhanә elәyir ki, mәsәlәn, “mәluna övrәt mәnim anamı söyür vә mәndәn izn almamış hәyәtә çıxır” vә bu bәhanәni әldә tutacaq edib övrәti beş-on gün salır kötәyin altına; axırda da övrәt cana doyandan sonra çıxıb qaçır.

Bakının Sabunçu kәndindә dә bir özgә cür rәftar olunur; burada kişi övrәt boşamaq fikrinә düşәndә iki dәst rәxtixabı (yorğan-döşәk) verir arvadın dalına ki, “filan filanın qızı, bunlar köhnәlib, apar atan evinә, tәzәsini al gәtir!”. Xülasә, axırda övrәt tәşrif aparır.

Vladiqafqazda da lap özgә sayaq olur: burada bir müsәlman övrәtindәn zәhlәsi qaçanda gecә-gündüz sәy elәyir ki, övrәt ölsün, yәni vәfat etsin. Söz yox, ölәndәn sonra kişinin canı bilmәrrә qurtarır.

İrәvanda, Naxçıvanda vә İran mәmlәkәtindә övrәt almaq adәt deyil; çünki buralarda hәmişә vә hәr cür övrәt siğә etmәk mümkündür, müddәti dә bir saatdan üç ilә kimi. Nә cür meylin olsa, düzәlәr.

Bәli, bizlәrdә övrәti boşamaq lazım olanda hәmişә meydana bir bәhanә gәlir vә halonki kişi övrәti boşamaqda muxtardır (sәrbәstdir, müstәqildir) vә o qәdәr azadlıq ki, biz müsәlmanlara verilib, millәtlәrin heç birinә verilmәyib: Bu gün damağım çәkdi aldım, sabah kefim istәdi boşadım – vәssәlam! Burada nә kötәk lazımdır, nә bihörmәtçilik, nә dә qeyri bir bәhanә.

Allah bәrәkәt versin: nә çoxdur molla! Boşa qoysun getsin!

Bizim mәslәhәtimiz.

Ancaq bu mәsәlәdә biz belә mәslәhәt görürük: söz yox, dünyada nә qәdәr gözәl övrәt olmuş olsa, onun lәzzәti çoxu-çoxu bir aydır. Elә ki, ikinci aya ayaq qoydu, dinmәz-söylәmәz övrәti çağır yanına, dur bir dәfә dә onun alnından öp vә mehribanlıqnan ona de: Ay arvad, dәxi bundan sonra sәn mәnim anam-bacımsan, vәssәlam!”. Dәxi bundan savayı heç bir dava-mәrәkә lazım deyil.

Qәrәz, bizim mәslәhәtimiz budur.

“Molla Nәsrәddin”, 19 may, 1908. № 20.

KÖŞƏ YAZARLARI
TOP 10