“Anamın Kitabı” Ədəbi Mükafatına əsər qəbulu mayın 31-nə kimi uzadılıb. Bu barədə Senet.az-a açıqlamasında layihə rəhbəri Müşfiq XAN məlumat verib: “Müsabiqəyə əsər qəbulu mayın 1-i başa çatmalı idi. Ancaq iştirakçıların xahişini nəzərə alaraq bu müddət mayın 31-nə kimi uzadıldı”.
Qeyd edək ki, layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı şərtlər daxilində əsərləriniinfo@hedefnesrleri.az ünvanına göndərə bilərlər:
1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti yoxdur.
3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40 yaşdır.
4. Mövzu seçimi – sərbəst. Ədəbi mükafatın ideya və nizamnaməsi nəzərə alınmalıdır.