“Anamın Kitabı” Ədəbi Mükafatında səkkiz pyes seçildi

89 Baxış

anamin kitabi

“Anamın Kitabı” Ədəbi Mükafatının növbəti mərhələsi üçün səkkiz əsər seçilib. Bu barədə Senet.az-a açıqlamasında müsabiqənin Ekspertlər Şurasının sədri, f.ü.f.d., Nərgiz Cabbarlı məlumat verib. O, ekspertlərin səkkiz pyesi seçərək növbəti mərhələyə keçirtdiyini bildirib. Nərgiz Cabbarlı müsabiqədə kiçik dəyişiklik olduğunu, münsiflərin seçiminə on pyes əvəzinə səkkiz pyes təqdim ediləcəyini deyib. O, bunu müsabiqəyə göndərilən əsərlərin bədii səviyyəsinin ekspertləri qane etməməsi ilə əlaqələndirib.

Seçilən əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, ötən il olduğu kimi Münsiflər Heyətinə təqdim olunacaq.Onlayn səsvermənin nəticələri Münsiflər Heyətinin qiymətləndirməsinə təsir etmir.

Qeyd edək ki, layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.

KÖŞƏ YAZARLARI
TOP 10