“Anamın Kitabı” Ədəbi Mükafatının təqdimat mərasiminin vaxtında kiçik dəyişiklik oldu

236 Baxış

anamin

“Anamın Kitabı” Ədəbi Mükafatının 2015-ci il qaliblərinin mükafatlandırma mərasiminin vaxtında kiçik dəyişiklik baş verib. Bu barədə Senet.az-a açıqlamasında layihənin rəhbəri Müşfiq XAN məlumat verib.

O, təqdimat mərasiminin tamaşanın nümayişindən sonra olacağını bildirib: “Mükafatın təqdimat mərasimi əvvəlcə elan etdiyimiz kimi dekabrın 17-sində baş tutacaq. Ancaq vaxtda kiçik bir dəyişiklik var. Belə ki, Gənc Tamaşaçılar Teatrında baş tutacaq təqdimat 17:30-da deyil, müsabiqənin keçənilki qalibi Sevinc Elsevərin “Arzu və Murad” tamaşasının nümayişindən sonra həyata keçiriləcək. Onu da qeyd edim ki, tamaşa 19:00-da başlayır”.

Təşkilat Komitəsinin verdiyi məlumata görə, müsabiqənin qalibləri aşağıdakı kimidir:

I yer – verilməmişdir

II yer – 25 bal, Elnur Rzayev, “Qar gözlərkən”

III yer – 21 bal, Ülviyyə Mustafayeva, “Erməni lavaşı”

IV yer – 20 bal, Zaur Vedili, “Yurd itkisi”

Müsabiqənin Fəxri Fərmanı ilə təltif edilir:

 

1. Xəyalə Murad, 18 bal, “Qızıl heraldika” əsərinə görə

2. Dilman Şahmərdanlı, 17 bal, “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə

3.“Anamın Kitabı” Ədəbi Mükafatı Pyes Müsabiqəsi – 2015

Vüsal Məmmədzadə UĞURLU İŞTİRAKINA GÖRƏ diplom ilə təltif edilir

4.“Anamın Kitabı” Ədəbi Mükafatı Pyes Müsabiqəsi – 2015

Orxan İsmayıl UĞURLU İŞTİRAKINA GÖRƏ diplom ilə təltif edilir

5.“Anamın Kitabı” Ədəbi Mükafatı Pyes Müsabiqəsi – 2015

Nərgiz İsmayılova UĞURLU İŞTİRAKINA GÖRƏ diplom ilə təltif edilir

 

 

 

 

 

 

 

 

 

Bölmə : Anamın kitabı