“Anamın Kitabı” müsabiqəsində Ekspertlər Şurasının yeni Sədri təyin olunub

101 Baxış

esasƏdəbi Mükafatın builki pyes müsabiqəsində Ekspertlər Şurasının işinə  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı rəhbərlik edəcək.

Bu barədə Senet.az-a layihənin rəhbəri Müşfiq XAN məlumat verib.

Ekspertlər Şurası fəaliyyəti bu il mayın 1-dən 31-nə qədər davam edəcək. Şuranın seçəcəyi əsərlərin sayına məhdudiyyət yoxdur. Seçilən əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, ötən il olduğu kimi Münsiflər Heyətinə təqdim olunacaq.

Xatırladaq ki, onlayn səsvermənin nəticələri Münsiflər Heyətinin qiymətləndirməsinə təsir etmir.

 

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi builki əsər qəbulu mayın 1-nə qədər davam edəcək. Layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.

 

Qeyd edək ki, bu il müsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv edib.

 

Təşkilat Komitəsindən Senet.az-a verilən məlumata görə bu il müsabiqəyə əsərlərin qəbulu prosesi uzadıla bilər. Buna səbəb əyalətlərdə olan gənc qələm sahiblərinin layihə haqqında az məlumatlı olmasıdır.

 

Senet.az yeni həftədən etibarən müsabiqəyə qatılan əsərlərin yayımına start verəcək.

 

Müsabiqədə iştirak etmək istəyən yazarlar əsərlərini info@hedefnesrleri.az ünvanına göndərə bilərlər.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10