“Anamın Kitabı” Pyes Müsabiqəsi 2015 qalibləri – SİYAHI

366 Baxış

anaminkitabiAzərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi Münsiflər Heyəti bu il qaliblərin adını açıqlayaraq işinə yekun vurub. Bu barədə Senet.aza layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq məlumat verib: “Müsabiqənin Münsiflər Heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli builki pyes müsabiqəmizin nəticələrini təsdiqlədi. Münsiflər Heyətinin yekun qərarına əsasən bu il birincilik heç bir müəllifə verilməyib. Bunun səbəbi əsərlərin bədii çəkisinin zəif olması, müsabiqə iştirakçılarının təqdim etdiyi əsərlərin yazılmasında tələskənlik hiss olunması, habelə, janrın tələblərindən kənaraçıxmaların çox olmasıdır.”

 

Qeyd edək ki, bu il müsabiqənin Təşkilat Komitəsinin qərarına əsasən əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv edilmişdi.

 

 

Müsabiqənin Münsiflər Heyətinin yekun ballarını və qaliblərin siyahısını Senet.az oxucularına təqdim edirik.

 

Müsabiqənin Mükafatı ilə təltif edilir:

 

I yer – verilməmişdir

II yer – 25 bal, Elnur Rzayev, “Qar gözlərkən”

III yer – 21 bal, Ülviyyə Mustafayeva, “Erməni lavaşı”

IV yer – 20 bal, Zaur Vedili, “Yurd itkisi”

 

Müsabiqənin Fəxri Fərmanı ilə təltif edilir:

 

1. Xəyalə Murad, 18 bal, “Qızıl heraldika” əsərinə görə

2. Dilman Şahmərdanlı, 17 bal, “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə

 

Müsabiqənin Həvəsləndirici Mükafatı ilə təltif edilir:

 

1. Vüsal Məmmədzadə, 16 bal, “Oksigen balonu” əsərinə görə

2. Orxan İsmayıl, 14 bal, “Sevimli arvad” əsərinə görə

3. Nərgiz İsmayılova, 10 bal, “Mömünə Xatın” əsərinə görə

 

 

Mükafatlandırma mərasiminin tarixi ilə bağlı mətbuata öncədən məlumat veriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10