Anar Cəfər Cabbarlı ilə bağlı əmr imzaladı

50 Baxış

anar

Azərbaycan Yazıçılar Biriyinin sədri, Xalq yazıçısı Anar qurumun tərkibində Cəfər Cabbarlı Komisiyasının yaradılması ilə bağlı əmr imzalayıb. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə bu qərar Cəfər Cabbarlı yaradıcılığının təbliğində böyük rol oynayacaq. Əmrdə deyilir: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlıının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məqsədilə Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılsın.

Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru

Gülşən Əliyeva – Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor

Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10