Anar Kərimov 36 il sonra yenidən Şuşada

1 Baxış

hg

Mədəniyyət naziri Anar Kərimov Şuşaya səfər edib.

Senet.az xəbər verir ki, nazir səfər zamanı çəkdirdiyi şəkli ilə birgə uşaqlıq şəklini “Twitter”də paylaşıb. Anar Kərimov bildirib ki, şəkillərin arasında 36 il fərq var.

“İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa Bulağından su içmək necə də xoşdur! Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”, – deyə nazir qeyd edib.