Anar Məmmədxanova həsr edilmiş kitab təqdim olunacaq

34 Baxış

anar-memmedxanov-kitab

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində ictimai xadim və “Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı, Milli məclisin üç çağrışının deputatı, “Ultra production” prodüser mərkəzinin yaradıcısı Anar Məmmədxanova həsr edilmiş üç kitabın təqdimatı keçiriləcək. 

İlk kitab “Bıt samim soboy” 2014-cü ilin iyul ayında nəşr edilib. Bu kitabda Anar Məmmədxanovun müxtəlif zamanlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. İkinci kitabı olan “Ni o çem ne jaleyu” 2015-ci ildə nəşr edilib. Bu kitaba 1995-ci ildən 2011-ə qədər Bakının müxtəlif mətbuat orqanlarından olan jurnalistərin Anar Məmmədxanovla müsahibələri toplanıb. Üçüncü kitab – “Özünə sadiqlik” isə “Bıt samim soboy” kitabının Azərbaycan dilinə tərcüməsidir.

Qeyd edək ki, layihənin rəhbəri A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova, naşirlərin baş redaktoru Dövlət mükafatı laureatı, əməkdar jurnalist Elmira Axundova, hər üç kitabı tərtib edən isə müəllifin bacısı, professor Nailə Məmmədxanovadır. Bildirək ki, tədbirdə ölkənin siyasi, ictimai və incəsənət xadimləri, xarici qonaqlar, eləcə də müəllifin dostları iştirak edəcəklər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10