Anarın kitabı Macarıstanda işıq üzü gördü

84 Baxış

anar
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Seçilmiş əsərləri” Budapeştin “Harmattan” nəşriyyatında çap olunub. Senet.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü işıq üzü görən kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir əsərləri daxil edilib.

Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına ön söz yazıb. “Əbədi dəyərlər sorağında” adlı bu ön sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs açılır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10