Ankarada Cavad Heyətin 90 illiyinə həsr olunmuş konfrans keçiriləcək

13 Baxış

doktorMayın 5-də Ankarada Azərbaycanın tanınmış ziyalısı, doktor Cavad Heyətin anadan olmasının 90 illiyinə həsr olunan elmi konfrans keçiriləcək.

Senet.az xəbər verir ki, Ankara Universitetinin Çağdaş Türk ləhcələri və Ədəbiyyatı bölümünün hər il keçirdiyi “Türkcənin varlığı üçün Türkologiya günü” toplantısı türk dünyasının tanınmış elm və ictimai xadimi doktor Cavad Heyətə həsr ediləcək.

Məlumatda bildirilib ki, toplantı bu il mayın 5-də Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsində, Fərabi salonunda olacaq.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10