Anonim “Şeyx Sənan” mənzum hekayəti adlı yeni monoqrafiya nəşr olunub

16 Baxış

14744686463117656355_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının müvafiq qərarı ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın “Anonim “Şeyx Sənan” mənzum hekayəti (tekstoloji-filoloji araşdırma və tənqidi mətn)” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan Senet.az saytına  bildiriblər ki, monoqrafiyada XVIII əsrə aidanonim Azərbaycan müəllifinin “Şeyx Sənan” mənzum hekayəti farsca eyni adlı əsərlə müqayisəli təhlil olunur, hekayətin tərcümə və dil xüsusiyyətləri araşdırılır. Nəşrin ikinci fəslində əsərin yeddi nüsxə əsasında tərtib olunmuş tənqidi mətninin transfoneliterasiyası verilir.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, elmi rəyçiləri AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və professor Azadə Musayevadır.

Bölmə : Əlfəcin