“Anti-Tom” ədəbi janrı

179 Baxış

Harriet_Beecher_Stowe_by_Francis_HollAnti-Tom, bir başqa adı ilə plantasiya ədəbi janrı XIX əsrdə yaranmış quldarlığı təbliğ edən bir janr idi. Adının Anti-Tom olmasının səbəbi bu tipdə yazılan əsərlərin böyük əksəriyyəti və hətta demək olar ki, hamısının Harriet Biçer Stounun 1852-ci ildə nəşr edilmiş “Tom dayının daxması” adlı əsərinə qarşı yazılmış əsərlərin olması idi. Bildiyimiz kimi köləlik sisteminə qarşı olan bu əsər Amerika tarixində özünə məxsus əhəmiyyətli rol oynamışdır. Hətta Vill Kaufman bu əsər haqqında “(köləliyə son qoyan) Vətəndaş Müharibəsinin təməlini qoymağa kömək etmişdi” demiş, Avraam Linkoln isə Harriet Biçer Stounu “böyük savaşı başladan kitabı yazan kiçik qadın” adlandırmışdı.

 

Ədəbiyyat çox güclü silahdır. Bəziləri ədəbiyyatı elm hesab etmir və ya ikinci dərəcəli elm hesab edirlər. Belə insanlar adətən ədəbiyyatı riyaziyyat, fizika kimi dəqiq elmlərlə müqaisə edirlər. Ancaq bir şeyi unudurlar ki, ədəbiyyat komputer, robot kəşf etməsə belə həmin o robotu, komputeri kəşf edən alimlərin ruhuna toxunaraq onları istədiyi tərəfə apara, inqilablar, müharibələr, hətta kütləvi qırğınlara belə gətirib çıxara bilir.

 

“Tom dayının daxması” əsəri də belə ürəkoxşayan əsərlərdən idi. “Tom dayının daxması” əsəri yazıldığı XIX əsrdə “Bibliya”dan sonra ən çox satılan kitab olmaqla yanaşı elə bir rezonans doğurmuşdu ki, cənub plantatorlar buna səssiz qala bilməzdilər. Çünki bu kitab Amerikanın şimal əyalətlərində sayları kifayət qədər olan abolisionistlərin bir növ fikirlərinə tərcüməçi olmuş və sıralarını artmasına kömək etmişdi. Bunu anlayan cənublu plantatorlar və cənublu yazıçılar təbii ki, buna qarşı sakit durmayacaqlardı. Öz iyrənc sistemlərini qorumaq üçün bir saniyə belə itirmədən bu əsərə qarşı əks təbliğata başladılar. Ümumiyyətlə Anti-Tom ədəbiyyatını quldarlığı müdafiə etdiyindən bu ədəbiyyatın Harriet Biçer Stou ilə başladığına inanmaq saflıq olardı. Onun üçün də bu ədəbi janrı üç mərhələyə bölə bilərik.

1) Birinci mərhələ Biçor Stonun məhşur əsərini yazdığı 1852-ci ilə qədər olan mərhələ

2) 1852-ci ildən quldarlığın ləğv edildiyi 1865-ci ilə qədər olan mərhələ

3) Vətəndaş müharibəsindən sonrakı mərhələ.

 

tomBirinci mərhələni ən passiv mərhələ də adlandırmaq olar. Təbii ki, şimal əyalətlərindəki abolisionistlərə qarşı cənub əyalətlərində də müəyyən əks təbliğat aparılırdı. Ancaq bunların içərisində önə çıxan əsər Con Pendleton Kennedinin 1832-ci ildə nəşr etdirdiyi “Svalou Barn; və ya köhnə hakimiyyətdə müvvəqəti qalma” əsəri olmuşdu. Öz dediyinə görə o, bu əsəri abolisionizmi neytrallaşdırmaq üçün yazmışdı. Roman narrator Mark Litltonun qohumu Ned Hazardın təkidi ilə Nyu –Yorkdan Virciniyaya gəlməsi ilə başlayır. Bir vaxtlar skeptik bir insan olan Litlton tezliklə Svallou Barnın adət ənənələrinə, çoxlu asüdə vaxtlarına, zəngin mətbəxinə uyğunlaşır. Əsərin əsasını quldarlıq təşkil etməsə də Kennedi Svallou Barnı “zəncilərin heç bir yerdə belə xoşbəxt ola bilməyəcəkləri yer olaraq adlandırır”. Bununla yanaşı Kennedi quldarlıq sisteminin yalnış olduğunu da vurğulayır fəqət onun fikrincə istər quldarlığın ləğvi istərsədə kolonizasiya yaşamaq üçün ağlardan asılı azad qaradərililər yaradacaq.

 

Anti-Tom ədəbiyyatının ən zəngin mərhələsi ikinci mərhələdir. Bu mərhələnin belə zəngin olmasının əsas səbəbi yuxarıda qeyd etdiyim kimi Harriet Biçer Stounun əsərinin doğurduğu rezons idi. Bu mərhələdə iyirmi civarında əsər yazılmışdı. Harriet Biçer Stounun “Tom dayının daxması” əsərinə qarşı yazıldığından cənublu yazıçılar bir başa bu əsərin üzərinə hücum çəkmişdilər. Onlar bu əsəri şişirdilmiş hesab edirdilər. Onlara görə bu kitab həqiqəti əks etdirmirdi. Özlərinin yazdıqları əsərlərdə zəncilər üçün yaşanılacaq ən gözəl yer, yəni “neqr cənnəti” elə cənub plantasiyalarının olduğunu təbliğ edirdilər. Qullara qarşı mülayim, ata qayğısı ilə rəftar edən plantator, zənci “balalarının” üzərindən öz analıq nəvazişini əksik etməyən saf, təmiz qəlbli, şəfqətli plantatorların həyat yoldaşları, “plantasiya ailələri” və bu ailə iyeyarxiyası Anti-Tom janrının əsas xarakterik xüsusiyyətləri idi. Bu əsərlər içərisində ən məhşurları Villiam Gilmor Simmsin “Qılınc və Cəhrə”, Meri Henderson İstmənin “Fillis xalanın daxması; və ya Cənubluların həyatı olduğu kimi”, Karolin Li Hentçin “Plantatorun şimallı gəlini” əsərləridir. Simmsin “Qılınc və Cəhrə” kitabı Stounun romanından bir neçə ay sonra işıq üzü görmüşdü və əsərdə Stonun kitabının bir neçə hissələri və fəsilləri ilə diskusiyalar var.

 

“Fillis xalanın daxması; və ya Cənubluların həyatı olduğu kimi” əsəri “Tom dayının daxması” əsərinə qarşı yazılmış ən yaxşı və ən çox satılan əsərlərdən biri hesab olunur. 1852-ci ildə nəşr edilən bu kitabdan 30 min civarında kitab satılmışdı. Bu əsər “Tom dayının daxmasına” qarşı bir növ antitezis kimi yazılmışdı. Əsərdə bir çox kitablardan, hətta “Tom dayının daxması” kitabından da sitatlar gətirilir köləliklə anti-köləlik qarşılaşdırılaraq müqaisə edilir, köləlik institunun təbii olduğunu və həyat üçün nə qədər önəmli olduğunu izah edir. Bundan əlavə əsərdə quldarlarla qullar arasında çoxlu dialoqlar göstərilir, bu dialoqlar vasitəsi ilə qulların xoşbəxtliyi ifadə edilir. Bu əsərdə həmdə cənublu qullarla şimalda yaşayan muzdlu qara dərililər müqayisə edilir, qullarını nə qədər xoşbəxt, azad işçilərin isə nə qədər əzablı, əziyyətli həyatlarının olduğu göstərilir.

 

tom day;Karolin Li Hentç qadın platasiya yazıçılarından idi. Şimal ştatlarından olan Massaçusetsdə doğulsada cənub Alabamada yaşamış və cənublulara uyğunlaşmışdı. O, “Tom dayının daxması”ndan iki il sonra nəşr edilmiş “Plantatorun Şimallı Gəlini” əsərinin müəllifidi. Digər plantasiya ədəbiyyarlarından fərqli olaraq burada ağ plantatorların onlara sadiq qullarla mülayim davranmasından danışılmır. Əsər abolisionizmi tənqid edir. Əsər cənublu quldarla evlənmiş şimallı qadının gözləri ilə quldarlığı təsvir edərək müdafiə edirdi. Burada zəncilərin funksional çatışmamazlığından danışır və ağ insanlar olmadan onların heç nəyə nail ola bilməməsi təsvir edilirdi. Əsərdə həmçinin qul üsyanından ehtiyat edilirdi. Qul üsyanına səbəb isə abolisionistlərin onları qızışdırması kimi göstərilirdi. Üçüncü mərhələ isə ABŞ-da vətəndaş müharibəsindən sonrakı, quldarlığın ləvğ edildiyi vaxtdan başlayır. Bəli Amerikada quldarlıq artıq ləğv edilmişdi ancaq plantasiya ədəbiyyatı hələ də davam edirdi. Sadəcə bu mərhələdə vəziyyət bir az fərqli idi. Artıq quldarlığa bəraət qazandırılmağa çalışılmırdı, sadəcə müharibəni uduzmuş cənublulara bir növ təsəlli verirdilər. Bu mərhələdəki ədəbiyyatda müharibə vaxtı cənubluların qəhramanlıqlarından danışılır, onların qullarının əsir düşməməsi üçün ağalarını necə gizlətmələrindən bəhs edilir, keçmişə, quldarlıq vaxtına bir nostalji kimi qayıdılırdı. Quldarlıq dövrü ideallaşdırılır və əla aqrar dünya kimi təsvir edilirdi. Əvvəlki əla plantasiyaların şimallı muzdlu əsgərlər tərəfindən “dağıdılması”ndan danışılırdı. Bu mərhələdəki ədəbiyyatda adətən bir narrator keçmişdə olanları danışır və bu narrator əksər hallarda elə keçmiş qul zəncilər olurdu. Bu mərhələnin yazıçılara biz Tomas Nelson Peyc, Coel Çandler Harris və digərlərini göstərə bilərik.

 

Qabil Aşirov

 

KÖŞƏ YAZARLARI
TOP 10