“Antik ədəbiyyat və biz” kitabı çapdan çıxıb

12 Baxış

15348374134009059359_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin sosial-ictimai sahələr, fəlsəfə və hüquq elmi redaksiyasının böyük elmi redaktoru Etibar Kərimlinin “Antik ədəbiyyat və biz” kitabı çapdan çıxıb.

AMEA-dan Senet.az-a bildirilib ki, “Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Çingiz Hüseynov, redaktoru Əməkdar jurnalist Sevda Mehrəliyeva, rəyçisi isə fəlsəfə üzrə fəlsəfə doktoru, şərqşünas alim Gülbəniz Əhmədzadədir.

Ölkəmizdə antik ədəbiyyatın tədqiqi tarixi, bu kontekstdə qədim dövrün Şərq-Qərb elmi-ədəbi əlaqə və təsirlərinin araşdırıldığı nəşrdə klassik filologiyanın bir sıra aktual mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlərinə həsr olunan elmi-publisistik məqalələr yer alıb.

Kitab klassik filologiya sahəsində çalışan alimlər, aspirantlar, müəllim və tələbələr, eləcə də antik dünya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.