Aprelin 29-da yazarlar oxucularla görüşəcək

46 Baxış

 

oxu

Aprel 29-da üçüncü dəfə keçiriləcək “Oxu Günü” Kitab Festivalında “Hədəf” Nəşrlərinin stendində saat 12:00-dan etibarən tanınmış yazarların imza saatları olacaq. Tədbirdə nəşriyyatın yazarları – Xanəmir Telmanoğlu, Müşfiq XAN, Azad Qaradərəli, Şəmil Sadiq, Sevinc Elsəvər, Cəlil Cavanşir, Kənan Hacı, İlqar Fəhmi, Zərəngiz Dəmirçi Qayalı, Varis və Pərvinin oxucularla görüşü baş tutacaq.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf” Nəşrlərinin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Kitab Festivalının rəsmi açılışı saat 11:00-da olacaq və 18:00-dək davam edəcək. Tədbirdə digər nəşriyyatlar və yazarlar da iştirak edəcək.

Ünvan: Heydər Əliyev Mərkəzi – Mərkəzin Parkı

KÖŞƏ YAZARLARI
TOP 10