Aqata Kristi əsərlərində qatili necə tapmalı?

103 Baxış


aqata2İlknur Salamova

Məşhur yazar Aqata Kristinin dedektiv əsərləri ilə bağlı daha bir sirr ortaya çıxıb. Belə ki, Şimali İrlandiyanın Kuins Universiteti və İngiltərənin “Exeter” Universitetinin professorları Aqata Kristinin əsərlərindəki qatili kitabı sona qədər oxumadan tapmağın mümkün olduğunu aşkarlayıblar.

Onlar bunun üçün yazarın “Mesopotamiyada cinayət”, “Şərq ekspresində qətl” və “Əyri ev” adlı əsərləri başda olmaqla 30 romanını araşdırıblar.

Nəticədə aşağıdakı riyazi formul yaradılıb:

k r, ?, ?, c=f{rk +?+?P,M, c(3?4.5}

Professorlar bildiriblər ki, bu formulla qatili Aqata Kristinin yaratdığı məşhur dedektiv obrazı Herkül Puarodan öncə tapmaq olar.

Formuldakı “k” hərfi qatili təmsil edir. Araşdırmaçılar Kristinin romanlarında qatilin daima qurbanla yaxın əlaqələrinin olduğunu nəzərə almağı tövsiyə edirlər. Çünki qatil adətən, əsas obrazın həyat yoldaşı və ya yaxın qohumu olur.

“?” işarəsi isə romanda istifadə edilən nəqliyyat vasitələrini təmsil edir. Qəribədir ki, Aqata Kristi yaratdığı obrazları bir yerdən başqa yerə apararkən təyyarə və ya gəmidən istifadə edirsə, həmin romanda qatil kişi cinsinin nümayəndəsi olur. Yox, avtomobildən istifadə edilibsə, onda qatil qadın çıxır.

Riyazi formuldakı “s” hərfi isə məkanlara işarə edir. Əgər hekayə kiçik qəsəbədə cərəyan edirsə, deməli qatil qadındır. Yox, böyük şəhərdə baş verən hadisələr təsvir edilibsə, qatilin kişi olmasından şübhələnmək lazımdır.

Professorlar qeyd ediblər ki, Aqata Kristi qatili oxucu ilə kitabın ilk 20-30-cu səhifələrində tanış edir.

Yazarın yaratdığı qatil obrazı qadındırsa, qurbanlarını zəhərləyərək öldürür. Kişi qatillər isə bıçaq və silah kimi vasitələrdən istifadə edir. Qadın qatillər fərqində olmadan kiçik bir səhv etdikləri üçün yaxalanırlar, kişi qatilləri isə uzun araşdırmalardan sonra Herkül Puaro və Miss Marpl kimi dedektivlər yaxalaya bilirlər.

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10