Aqşin Yeniseyin yeni üslubda ilk romanı nəşr olunacaq

6 Baxış
fg4229373.jpg
Yazıçı, şair Aqşin Yenisey yeni “Tarix və tale” romanının nəşrinə hazırlaşır.  
TEAS Press-dən Senet.az-a verilən məlumata görə, “TEAS PRESS” Nəşriyyat evi ilə yazıçı arasında artıq müqavilə imzalanıb.
Aqşin Yeniseyin “Tarix və tale” romanı əsasən Azərbaycanın müstəqillik illərini əhatə edir.
Aqşin Yenisey yeni əsəri haqda danışarkən bildirib ki, indiyədək Azərbaycanda üçü şeir, ikisi nəsr əsəri olmaqla, beş kitabının nəşr olunmasına baxmayaraq, ilk dəfədir dünya nəşriyyat bazarında olduğu kimi kitabı naşirlə yazılı şəkildə imzaladığı müqavilə əsasında çıxacaq:
“Bu, Azərbaycanda bütün ədəbi mühitin çoxdan arzuladığı və gözlədiyi bir hadisədir. Bu dünya standartının Azərbaycana gətirilməsi çox sevindiricidir”.
Roman hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Ənənəvi romançılıqdan uzaq olan dildə və üslubda yazılıb. Kitabın nəşri sentyabr ayına planlaşdırılır.
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10