Aran mənşəli Ellada folkloru

41 Baxış

Şəkil1

XIX əsrin ortalarında Avropa alimləri öyrəndilər ki, Ellada folklorunun, dini inanclarının tarixi kökləri şərqdən gəlir. Özlərini beni-kadm, yəni şərq oğulları adlandıran nəsillər Troyanın işğalından qabaq Olimp dağını tutmuş, qədim yunan mədəniyyətinin əsasını qoymuşdur. Həmin nəsillərdən biri, bəlkə də ən birincisi əslən Azərbaycandan olan Aran müdrikləri idi.

Aran nəsli e.ö. IV minilliyin ortalarında Qam (kahin) və quş (qartal) nəsilləri ilə birlikdə Misiri tutmuş, ilan və kərtənkələ ilə qidalanan yerli aborigenləri səhraya qovaraq Nil vadisində ilk dövlətçiliyin və mədəniyyətin əsasını qoymuşdur.

Aran nəslinin müdrikləri e.ö. III-II minillikdə hələ Misirdə ikən neçə-neçə elmi kəşfə imza atmış, h`eroqlif yazısını yaratmışdır. İ.İ.Şopen kahin Manetona (e.ö. III əsr) və İosif Flaviyə (I əsr) istinadən hələ 1866-cı ildə yazırdı: – Qədim yunanlar h`eroqlifləri kəşf edən və çoxlu sirlərin üstünü açan Aranın adını Arey şəklində öz dillərinə tərcümə etdilər.

İ.İ.Şopen onu da əlavə edir ki, Aran adının kökündə ar, er sözü durur.  Ar Aran dilin buğaya, er ümumiyyətlə, erkək cinsinə deyilirdi. Mahmud Kaşğari yazır ki, ar arqu dilində buğa deməkdir.

Aran cəngavərləri qədim yazılı kitabələrdə er adlandırılır. Er dilimizdəki erkək sözünün köküdür. H`Eroqlif  Er nəslinin yaratdığı yazı növü deməkdir. Sonra bu söz Avropa xalqları tərəfindən erot, erik, erotika formalarında mənimsənildi.

Yunanlar kişi qüdrətinin və gözəlliyinin timsalı olan Eri Erik, anası Ananı Aprodita adı ilə öz panteonlarına daxil etdilər. Elladanın kahin qadınları xalqı inandırırdılar ki, Er qadınların sevimlisi kimi yaşayır, qocalanda yenidən dönüb, cavan oğlan olur.

E.ö. III əsrdə Ptolmey dövründə yaşamış Misirin baş kahini Manetona görə, gözəl Er Aran nəslindəndir. Vaxtilə feldmarşal Paskeviçin elmi-mədəni işlər üzrə müşaviri olan İ.İ.Şopen yazır ki, həmin Erin övladları indiki türklərdir.

Gözəl Eri yalnız yunanlar yox, indiki Türkiyə ərazisində yaşayan bir çox qədim xalqlar öz gözəllik timsalına çevirmişlər. Onlar bu Aran alpını Gegecik Er adlandırırdılar. Gegecik türk dillərindəki gökçək, göyçək sözlərinin arxaik variantıdır.

Aran nəsli Misirdən sonra Kənan torpağını tutdu. Yunanlar çoxlu palma ağacı bitdiyinə görə, Yusif, Kənanın soydaşlarının ölkəsini Finikiya adlandırırlar. Finikiyanın Çor (sami dilli kitabələrdə Sur) və Şad (Sidon) şəhərləri Aran nəslinin hakimiyyəti illərində qədim dünyanın böyük ticarət mərkəzlərinə çevrildi. İqtisadiyyatın, ticarətin inkişaf etdiyi o illərdə şəkli və fikri yazılar Aralıq dənizi hövzəsində milyonlarla gəlir-çıxarı hesablayan sövdəgərlərin işinə yaramırdı. Elə bir yazı növü lazım idi ki, səsləri və rəqəmləri dəqiq formada ifadə etsin.

Aran müdrikləri belə bir problemi aradan qaldırdılar. Dünyanın ilk hərflərini yaratdılar. Arximandrit İeronim (331-420) yazır: – Aran Beotiyanı tutub, adalarda ticarət koloniyaları yaratdı. 22 hərfdən ibarət Finikiya əlifbasını İoniyaya apardı. Troya müharibəsi ərəfəsində ioniyalalılar həmin əlifbaya 3 hərf artırıb onu qədim yunan əlifbasına çevirdilər.

İstər-istəməz düşünürsən: – Görəsən, nəyə görə rus, ingilis, fransız alimləri 1500 il bu kəşfin kimə aidliyi barədə susmuşlar? İmkan verməmişlər ki, tədqiqat əsərlərində lazımınca əsaslandırılan həmin kəşfin sahiblərinin adı dərsliklərə salınsın? Sualın cavabı üstündə çox da düşünməyə dəyməz. Çünki hər iki əlifbanın yaradıcıları onların yox, bizim əcdadlarımızdır. Fransız alimi Q.Maspero 1911-ci ildə yazırdı: – Finikiya əlifbasını Aran kəşf etmiş və İoniyaya gətirmişdir. Bu faktı qədim dünya tarixçilərinin demək olar ki, hamısı B.A.Turayev, Vilhelm Vaqner, Henrix Qrets və b. bilirdilər. Ancaq Aranı yəhudi mənbələrində olduğu kimi, beni-Kadm şərq oğlu adlandıraraq diqqəti yayındırırdılar. Yalnız A.Trarevski yazır ki, beni-Kadm Aranın adı yox, ləqəbidir.

Aran nəslinin patriarxları demək olar ki, bütün mənbələrdə cəsur Aranmüdrik Aran adlandırılır. Çünki onlar həm düşüncə adamları, həm də qılınc və qol sahibləri idilər. Aran nəslindən yalnız Misir, Finikiya və Albaniya şahları çıxmamışdır. Böyük Makedoniya fatehi İsgəndərin anası Aran nəslindən idi.

Bizim alplıq və ərənliklə dolu keçmişimiz tarixin qaranlıq səhifələrinə qızıl hərflərlə yazılmışdır. Yeni tədqiqat əsərlərimizlə biz o qaranlıqları işıqlandırmalı, övladlarımıza babalarımızı tanıtmalıyıq.

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10