Sentyabrın 10-da Müasir İncəsənət Muzeyində Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Argentinadan qravürlər” adlı sərgi açılacaq.
Senet.az xəbər verir ki, sərgidə fırça ustaları – Marselo Malaqamba, Marselo Agilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, sərgi oktyabrın 9-dək davam edəcək.