Arif Quliyev dəfn olundu – Yenilənib

4 Baxış

hg

Xalq artisti Arif Quliyev dəfn olunub.

Senet.az APA-ya istinadən xəbər verir ki, o, Qarabağ rayonu “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin.

***

Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.

Senet.az APA-ya istinadən xəbər verir ki, o, saat 13:00-da Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənətyoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi aktyorun yaşadığı binanın həyətində təşkil edilib.

***

Xalq artisti Arif Quliyevin cənazəsi evinə gətirilib.

Senet.az APA-ya istinadən xəbər verir ki, mərhumun yaşadığı binanın həyətində Xalq artisti ilə vida mərasimi keçirilir. Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, koronavirusa yoluxan Arif Quliyev dünən müalicə olunduğu “Yeni klinika”da vəfat edib.

Bölmə : Xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10