“Arşın mal alan” – Əddis-Əbəbədə

2 Baxış

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən bu ölkənin paytaxtı Əddis-Əbəbə şəhərinin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema”da Azərbaycan Milli Musiqisi Günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsəri əsasında çəkilən “Arşın mal alan” musiqili kinokomediyasının bərpa olunmuş variantı nümayiş etdirilib.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən səfir Elman Abdullayev 1945-ci ildə çəkilmiş “Arşın mal alan” kinokomediyasının lentlərinin rənglənməsi və bərpa edilməsinin Heydər Əliyev Fondunun təşəbbüsü əsasında ABŞ-ın Los Anceles şəhərində həyata keçirildiyini bildirib.

Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, Afrika İttifaqı Komissiyasının nümayəndələri, dövlət rəsmiləri, Efiopiya Kinematoqraflar Assosiasiyasının sədri, mədəniyyət işçiləri və Azərbaycanın təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Filmin nümayişindən sonra qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəximizin təamları təqdim olunub.

 

Bölmə : Manşet, Musiqi, Teatr