“Art Tover” qalereyasında fotosərgi açılacaq

5 Baxış

1507210767556713942_1000x669

Oktyabrın 12-də “Art Tover” qalereyasında bir neçə fotoqrafın əsərlərindən ibarət sərgi açılacaq. “Azərbaycanı kəşf et” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə Senet.az-a “Arts Council” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə 20-dək fotoqrafın 25-dək əsəri yer alacaq. Məqsəd bu istiqamətdə gənc fotoqrafların rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır”,- deyə D.Məmmədov bildirib.

KÖŞƏ YAZARLARI
TOP 10