“Art Tower” qalereyasında “Bahar” adlı rəsm sərgisi açılacaq

13 Baxış

14909385944350214993_1000x669

Aprelin 4-də “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin “Bahar” adlı rəsm sərgisi açılacaq.

Senet.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşəcək.

2010-cu ildən fəaliyyət göstərən “Arts School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının layihəsidir və gənc rəssamların sənətə olan marağını inkişaf etdirmək məqsədi daşıyır. Layihənin rəhbəri Sona Quliyevadır.

Aprelin 10-dək davam edəcək sərgidə ziyarətçilər müxtəlif janrlı əl işləri ilə yaxından tanış ola biləcəklər.

KÖŞƏ YAZARLARI
TOP 10