“Art Villa”da incəsənət festivalı keçiriləcək

13 Baxış

15035575802750561128_1000x669

Sentyabrın 23-də Bakıda, “Art Villa” rəsm qalereyasında “Bakool Arts” adlı incəsənət festivalı keçiriləcək.

Senet.az xəbər verir ki, birgünlük festivalda yerli fırça ustalarının müxtəlif mövzulu və janrlı sənət əsərləri sərgilənəcək. Gənc və həvəskar rəssamların tanınması üçün nəzərdə tutulan festivalda fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri – rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri təqdim olunacaq.

Qeyd edək ki, festivalın məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

KÖŞƏ YAZARLARI
TOP 10