Artıq qocalmışam, Gənc Ədiblərdən gedirəm

244 Baxış

eminpiri“Kiminin imtinası, özünə istedadlı adı verditmək istəyi və ya ədəbi narahatçılığı inanın ki, mənimçün maraqlı deyil. Məni indi daha çox öz yaradıcılığım maraqlandırır”.

Bu sözləri Senet.az-a açıqlamasında II Gənc Ədiblər Məktəbinin katibi, şair Emin Piri deyib. O, Vasif Əlihüseynin məktəbin diplomundan imtina etməsi və narazılıqlarla bağlı açıqlamasında deyib: “Amma bir şeyi anlamadım. Həm AYB üzvü olmaq üçün xahiş edirlər, həm də etiraz edirlər. Bu cür qəhrəmanlıqlar məncə qıraqdan yazarlara bayağı sima verə bilər. Çünki bir məmurdan çəkinib digər məmura çamur atmağa çalışmağın özü daha təhlükəlidir cəmiyyətçün. Azadlıq bir məmur kölgəsində digər məmura qarşı çıxmaq deyil. Azadlıq uğrunda mübarizə cinsindən, milliyətindən. Irqindən fərq etmədən əzilənin yanında olmaqdır, daha kölgə azadlığı yox. Gənc Ədiblər Məktəbində bundan sonra məsul katib olmayacam. Yeni III məktəb yarandı ki, ona da daha gənc bir yazar rəhbərlik edəcək. İyirmi neçə yaşım var, artıq qocalmışam. Gənclərə yol vermək lazımdır”.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10