Artur Rasi-zadə Sumqayıt Dövlət Musiqili Dram Teatrının adını dəyişdirdi

46 Baxış

sumqayitdovlet

 Azərbaycan Respbulikası Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə və Ədliyyə nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının adını dəyişdirib.

Dəyişikliyə əsasən teatrın adında olan musiqili sözü çıxarılıb və bundan sonra Sumqayıt Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərəcək.

Mədəniyyət və Turizm Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərarı Baş nazir Artur Rasi-zadə  imzalayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10