Arzu etmək günah deyil ki…

264 Baxış

mezahimmmmMən sadə bir müəlliməm. Həyatın keşməkeşlərinə baxmayaraq, həyatımdan razıyam. Ən azından böyük məsuliyyətə malik bir işim var. Böyük Millətimin kiçik üzvlərini maarifləndirməyinə və onların ali təhsil almağına vəsilə olacaq bir insanam. Amma arzu etməyi də bacarıram. Bəlkə də bir çoxları üçün heç vaxt reallaşmayacaq bir arzu. Amma mən inanmaqdayam. Hər zaman tələbələrimə dediyim bir şüar vardır ki, onu özümə hardasa bayraq tutmuşam, desəm yalan olmaz. “Ürəkdən arzu etmək və çox istəmək bəlkə də uğurun yarısına bərabərdir”. Müəllifinin dəqiq kim olduğunu bilmədiyim bu şüarın altında vahid bir TÜRK BİRLİYİNİN  olması durur. Arzu etməyin günah və cinayət olmadığından aldığım cəsarət günbəgün məni bu arzunun nə vaxtsa reallaşacağına inam yaradır. Bəlkə də nə mən, nə də ki, mənim nəvələrim belə bunu görməyəcək. Amma bir gün  bunun olacağına şübhəsiz inanıram. Çünki biz türklər azadlıqsevər və dünyaya hökm oxuyan millətik.

Böyük Hun dövlətinin çöküşündən keçən bir zamandan, birinci Göytürklərin parçalanmasından sonrakı dövrdə, hətta Kürşad qəhrəmanlığının nəticəsiz qalmasından sonra, Səlcuqlu nəslinin parçalanmasından, üç yüz illik çarizmin əsarətindən, Cümhuriyyətimizin süqutundan sonra da biz Türk bayraqlarının dirçəlişinə inam gətirmirdik. Hər şeyin utopiya dolu arzudan ibarət  olduğunu düşünməklə sanki özümüzü aldadırmış kimi göstərirdik. Ancaq tarixin ana qaydasını unudarduq.

Biri dini, biri adəti, biri nələrisə önə çəkib bizi kiçiltməyə çalışır. Biz Kürşadın şəhid olmasından sonrakı dövrdə yaşayırıq sanki. Ümidsiz və Türk birliyinin heç vaxt bir pessemizmlə. Elə bilirik ki, Kür Şadlar gedib deyə bir də bayraq tutacaq şəxslər qalmayıb. Amma unuduruq ki, Kür Şad da gedəndən sonra əlbəttə bir İltəris xan çıxar ortaya.

Yəqin bu yazımı oxuyan bir çox yoldaşlar güləcək və məni xəyalpərəslikdə qınayacaq. Amma unutmayaq bəylər : “Su gələn arxa bir də gələr əzizlərim”.

Mən inanıram, siz də inanın. Hələ ki, kitabımla, qələmimlə, maarifçilik və Turançılıq arzularımla. Əvvəlcə beyinlərdə “Böyük Turan” yaratmaq arzusu ilə …

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10