“Arzu və Murad” tamaşasının məşqlərinə başlanılıb

62 Baxış

yer

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Anamın Kitabı” Ədəbi Mükafatının keçənilki qalibi Sevinc Elsevərin  “Ürəyində arzu tut” pyesi əsasında səhnələşdirilən “Arzu və Murad” tamaşasının məşqlərinə başlayıb.

Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.

Tamaşanın premyerasının dekabr ayının birinci yarısında nümayiş etdirilməsi nəzərdə tutulub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10