“ASAN Məktub” layihəsinə qoşul, uşaqlara sevinc bəxş et

92 Baxış

ASAN“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib.  

Layihənin məqsədi həssas qruplara aiduşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.   Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar”, – deyə xidmətdən qeyd edilib.

Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər.

Prosesin asanlaşdırılması məqsədi ilə, seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcəkdir.

Siz də “ASAN Məktub” layihəsinə dəstək verə bilərsiniz. “ASAN xidmət” Mərkəzi bununla bağlı xartiya yayımlayıb. Xartiya ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

 

                                                     ASAN Məktub layihəsi üzrə XARTİYA

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10