Aşıq Ələsgər irsini təbliğ edən ictimai birlik yaradılıb

2 Baxış

hg

İyulun 15-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təqdimatı keçiriləcək.

Senet.az xəbər verir ki, “Dədə Ələsgər Ocağı” İctimai Birliyin yaradılması Aşıq Ələsgər irsini və aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması üçün milli dəyərlərimizin təbliği, beynəlxalq analoji qurumlarla əlaqələrin qurulması məqsədi daşıyır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi ustad aşığın 200 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb.

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10