Aşıq musiqisi Avropa musiqisinin sintezində

2 Baxış

14804894365663519751_1000x669Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, aşıqlar, musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup və aşıqlardan Əməkdar Mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.

Bölmə : Musiqi